NATO Ukraynaya konkret addımlar təklif EDƏCƏK

 12:15 06.10.2024     89

NATO ölkələri Ukraynanın alyansa qoşulması üçün konkret addımlar təklif edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, təkliflər Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun Ramşteyn görüşündə irəli sürüləcək:

“Lakin Ukrayna rəsmiləri qorxurlar ki, ABŞ-da prezident seçkiləri əlavə təhlükəsizlik yardımını sual altına qoya bilər”.