İsrail Qəzzada məscid və məktəbi vurdu: 24 ölü

 14:20 06.10.2024     85

İsrailin Qəzzanın mərkəzindəki Deyr əl-Balah şəhərində köçkünlərin məskunlaşdığı məscidə endirdiyi zərbələr nəticəsində azı 24 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bu gecə İsrail Qəzzanın Deyr əl-Balah şəhərində köçkünlərin məskunlaşdığı məscid və məktəbə aviazərbələr endirmişdi. İsrail orusunun məlumatına görə, həmin obyektlərdə HƏMAS-ın komanda məntəqəsi olub.