Livandakı fələstinli qaçqınlar indi də məcburi köçkünə ÇEVRİLİB

 20:57 06.10.2024     126

İsrailin Livandakı zərbələri nəticəsində 20 minə yaxın fələstinli qaçqın məcburi köçkün edilib.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin X sosial şəbəkəsində yayımlanan bəyanatında bildirilib.

Agentlik, 4300-dən çox məcburi köçkünün yerləşdirilməsi üçün təcili sığınacaqlar qurduğunu, İsrailin bombardmanlarının intensivləşməsi fonunda onların sürətlə dolduğunu bildirib.

Agentlik "vəziyyət pisləşdikcə daha çox sığınacaq açmağa və artan humanitar ehtiyacları qarşılamağa hazır olduğunu" söyləyib.

SEYMUR