Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa ÇATDI
Qazaxıstanda ölkədə atom elektrik stansiyasının (AES) tikintisinə dair keçirilən referendumda səsvermə başa çatıb.
Redaktor.az-ın xəbərinə görə, artıq saat 14.00-a qədər seçicilərin 51,77 faizi səs verdiyi, beləliklə, 50 faizlik baryer aşıldığına görə artıq referendum baş tutmuş sayılıb.
Saat 18.00-a seçici fəallığı 61,56 faiz olub. Saat 20.00-da başa çatan referendumda yekun seçici fəallığı yaxın saatlarda açıqlanacaq.
Qeyd edək ki, ölkədə AES tikilməsi üçün referendumda səs verənlərin 50 faizindən çoxunun bu qərarı dəstəkləməsi lazımdır. Referendumun nəticəsi səsvermədən sonra 7 gün ərzində açıqlanmalıdır.