Hollandiya Ukraynaya vəd edilən 24 ədəd F-16-dan ilk partiyasını təhvil VERDİ

 22:44 06.10.2024     84

Hollandiya Kiyevə tədarük edəcəyinə söz verdiyi 24 ədəd F-16 qırıcısının ilk partiyasını təhvil verib.

Redaktor.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda qalan təyyarələrin də yaxın aylarda təhvil veriləcəyi bildirilib.

Ukrayna Silahlı Qüvvələri ABŞ-dan 900 kilometrə qədər məsafədə hədəfləri vura bilən "JASSM" raketlərini tədarük etməyi xahiş edib.

Buna cavab olaraq, ABŞ rəsmiləri Ukraynaya mühərriki olmayan “JSOW” raket sistemlərini, yəni “AGM-154 Joint Standoff Weapon” raketlərini təklif edib.