O, qalib gəlsə, ABŞ məhv olacaq - Mask

 23:14 06.10.2024     231

Noyabrda prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harris qalib gəlsə, bu, ABŞ-ın sonu olacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri amerikalı sahibkar, milyarder İlon Mask X səhifəsində yazıb.

O, hər hansı əlavə şərh verməyib.

Qeyd edək ki, Mask qarşıdakı seçkilərdə respublikaçı Donald Trampı dəstəkləyəcəyini açıqlayıb.