İranda uçuşlar yenidən başladı
İranda axşamdan bəri ləğv edilən uçuşlar təhlükəsiz şərait təmin edildikdən sonra yenidən həyata keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasının xəbərində bildirilib.
Qeyd olunub ki, Tehran Beynəlxalq İmam Xomeyni hava limanından uçuşlara icazə verilib. Hazırda daxili və beynəlxalq uçuşlar üçün heç bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, İranın Mülki Aviasiya Təşkilatı təhlükəsizlik məhdudiyyətləri səbəbindən Bakı vaxtı ilə 21:30-dan oktyabrın 7-si saat 06:30-a qədər planlaşdırılan uçuşların ləğv edildiyini açıqlamışdı.