Qazaxıstanda AES-in tikintisinə səsverənlərin sayı AÇIQLANDI

 10:30 07.10.2024     178

Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi ilə bağlı səsvermə məlumatlarını açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, referenduma çıxarılan məsələnin müsbət həllinə səs verən vətəndaşların sayı 5 milyon 561 min 937 nəfər, yəni 71,12 % olub.

Qeyd olunub ki, səsvermədə ümumilikdə 7 milyon 820 min 204 nəfər, yəni referendumda iştirak etmək hüququ olan respublikanın bütün vətəndaşlarının 64,66 faizi iştirak edib.

Sevinc İBRAHİMZADƏ