"İran küncə sıxışdırılıb"

 10:44 07.10.2024     166

İranın İsrailə zərbə endirməsi çarəsizlikdir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri Kennet Makkenzi deyib.

“İran küncə sıxışdırılıb. İsrailə qarşı zərbə o qədər də uğurlu alınmadı və onun Yaxın Şərqdəki əsas müttəfiqi, Livanın şiə Hizbullah hərəkatı faktiki olaraq məhv edildi. Tehranın özünün hücum imkanları ciddi şəkildə məhdudlaşdırılıb”, - o qeyd edib.

Makkenzinin sözlərinə görə, İsrailin əksinə, İrana cavab vermək üçün çoxlu variantları var.

Türkan İSGƏNDƏRLİ