Yaxın Şərqdə ölümlərin səbəbi ABŞ-DİR

 10:55 07.10.2024     165

İsrail ordusunun Livan və Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin günahı Amerika hakimiyyətinin üzərinə düşür.

Redaktor.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi deyib.

“Qəzzada, Livanda və bütün regionda törədilən cinayətlərə və qətllərə görə məsuliyyət tamamilə ABŞ-nin üzərinə düşür, çünki onların dəstəyi olmadan İsrail sionist rejimi nə mövcud ola, nə də bu cinayətləri törədə bilər”, - o deyib. 

Deputat əlavə edib ki, İsrail və onun müttəfiqlərinin cinayətləri ilə mübarizə aparmaq üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir.

Türkan İSGƏNDƏRLİ