Lukaşenko Moskvaya səfər etdi

 11:11 07.10.2024     169

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedir.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, liderin oktyabrın 8-də Moskvada MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında iştirak etməsi planlaşdırılır.

Qeyd olunur ki, sammitin gündəliyi genişdir. Birlik ölkələrinin liderlərinin təhlükəsizlik, yüksək texnologiyalar, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlıqla bağlı məsələləri nəzərdən keçirəcəyi gözlənilir. 

Türkan İSGƏNDƏRLİ