Onlara Nobel mükafatı VERİLDİ

 13:51 07.10.2024     181

Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarıının adları açıqlanıb.

Redaktor.az xəbər verir ki, tədbirdə Viktor Ambros və Qəri Ruvkunun 2024-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldükləri elan edilib.

Onlar bu mükafata mikroRNT-nin kəşfi və onun post-transkripsiya gen tənzimləməsində rolunun tədqiqinə görə layiq görülüblər.