“Bu mənim ad günümdür, milli bayram deyil” - Putini nəvələri təbrik ETDİ

 15:45 07.10.2024     195

“Prezident Vladimir Putin şəxsi həyatına artan diqqəti alqışlamır”.

Redaktor.az xəbər verir ki, bunu mediaya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısının ad günü ilə bağlı sualları cavablandırarkən deyib.

“O hesab etmir ki, bayramlar ailəsinə həddindən artıq diqqət yetirmək üçün səbəbdir”, - Peskov əlavə edib.

Mətbuat katibi daha sonra bildirib:

“Hər bir insan kimi Vladimir Putinin də öz ailəsi və övladları, nəvələri var ki, onu bayramlarda, təbii ki, ad günlərində ürəkdən təbrik edirlər. Prezidentin özü ailəsinə artan marağı həqiqətən bəyənmir və ad gününü işinə yox, şəxsən ona diqqətin artmasına səbəb hesab etmir”.

Rusiya prezidenti Vladimir Putin bu gün 72 yaşını qeyd edir. 0, 21-ci dəfədir ki, ad gününü yüksək dövlət vəzifəsində qarşılayır. Rusiya KİV-i yazır ki, prezident ad günü haqda deyib:

“Bu mənim ad günümdür, milli bayram deyil. Mənə elə gəlir ki, bu hadisənin əhəmiyyətini şişirtmək həyasızlıqdır”.

Mətbuat yazır ki, Putin adətən oktyabrın 7-ni ailəsi və dostlarının əhatəsində qeyd edir, hətta axşam da onlarla olmağa çalışır.

“Ailə onun şəxsi həyatında mərkəzi yer tutur. Son illərdə MDB ölkələrinin rəhbərləri ilə görüşlər də yaxşı ənənəyə çevrilib”.

Bu il Vladimir Putinin ilk təbrik edən dövlət başçısı Nikaraqua lideri Daniel Orteqa və xanımı, vitse-prezident Rosario Murillo olub. Onlardan sonra Çeçeçnistanın rəhbəri Ramzan Kadırov Putinə zəng edib (modern.az).