Netanyahunun sonu Hitler kimi olacaq - Ərdoğan
İsrailin Baş naziri Benyamin Netanyahu da Adolf Hitler kimi dayandırılacaq.
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial şəbəkəsində yazıb.
“Unutmamalıyıq ki, İsrail gec-tez bu günə qədər törətdiyi soyqırımın əvəzini ödəyəcək. Biz nəyin bahasına olursa-olsun İsrail hökumətinə qarşı çıxacağıq və dünyanı bu nəcib mövqeyə çağıracağıq”, - Türkiyə lideri vurğulayıb.
Türkan İSGƏNDƏRLİ