İsrail təhlükəsiz olduğunu iddia etdiyi ərazilərlə fələstinliləri aldadır - Qəzza hökuməti

 19:32 07.10.2024     238

Qəzza zolağındakı hökumət İsrailin Qəzzada təhlükəsiz olduğunu iddia etdiyi ərazilərlə "fələstinliləri aldatdığını" bəyan edib.

Redaktor.az xəbər verir ki, Qəzza Daxili İşlər Nazirliyi, İsrailin 7 oktyabrdan bəri davam edən soyqırımının 1-ci ildönümündə fələstinlilərə qarşı təxliyə təhdidləri ilə bağlı açıqlama verib.

“Qəzzanın şimalındakı (Beit Hanun, Beyt Lahya və Cibaliya) vətəndaşlara İsrailin evlərini boşaltmaq və cənuba köçmək təhdidlərinə cavab verməmək çağırışımızı bir daha təkrar edirik”, - bəyanatda deyilir. 

Açıqlamada Qəzzanın şimalındakı fələstinlilərə "təhlükə hiss etdikdə qaldıqları yerə ən yaxın əraziyə getmələri" tövsiyə edilib və İsrailin Qəzzada "təhlükəsizliyin mövcudluğu" iddiası ilə fələstinliləri aldatdığı vurğulanıb.

Seymur BƏNNAYEV