Rusiya ABŞ-a yeni səfir göndərəcəkmi?

 21:06 07.10.2024     81

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov diplomatik fəaliyyətini uğurla yerinə yetirdi, indi növbə digərindədir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, yeni səfirin namizədliyi üçün hazırlıq gedir.

Qeyd edək ki, 2017-ci ildə ABŞ-da səfir vəzifəsini daşıyan Antonov ötən gün artıq Moskvaya qayıdıb.