İsraildən Beyruta yeni hava zərbəsi ENDİRİLDİ

 21:36 07.10.2024     88

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsinə hava hücumu təşkil etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, İsrail qüvvələri Beyrutu vurmağa davam edir. 

İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsinə hava hücumu təşkil etdiyini açıqlayıb.

Beyrutun Dahiyə rayonu növbəti dəfə İsrail hava hücumuna məruz qalıb. Bombardmandan sonra ərazidən qatı tüstü qalxıb.

Livan rəsmiləri hava hücumunda hər hansı itki olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.

Seymur BƏNNAYEV