İsrail Qəzzada bu halda müharibəni dayandıra BİLƏR

 22:38 07.10.2024     94

HƏMAS girovları azad etsə, İsrail Qəzza zolağında əməliyyatı dayandıracaq.

Redaktor.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib.

"Əslində, HƏMAS girovları azad etsə, bu, sabah səhər baş verə bilər, lakin təəssüf ki, bunun həyata keçəcəyinə inamlı deyiləm", - D.Danon qeyd edib.