Dünyanın 2 milyard il əvvələ aid ən qədim MİKROBLARI

 01:00 08.10.2024     163

Alimlər Cənubi Afrikadakı qayalarda 2 milyard il əvvələ aid mikroblar aşkar ediblər.

Redaktor.az xəbər verir ki, alimlər Cənubi Afrikada 2 milyard illik qayada Yerdəki ən qədim mikrobları aşkar ediblər.

Bu araşdırmanın dünyanın ən qədim mikroblarını ortaya çıxardığı, 2 milyard illik qayadakı mikrobların təkcə Yerin deyil, Marsın da keçmişinə işıq sala biləcəyi qeyd edilib.

Tokio Universitetinin Yer və Planet Elmləri Departamentindən bir qrup tərəfindən edilən kəşf "Microbial Ecology" jurnalında dərc olunub.

Komanda rəhbəri Yohey Suzuki belə qədim qayaların yaşamaq üçün yararlı olub-olmamasının məlum olmadığını və bunun çox həyəcanlı bir kəşf olduğunu deyib. 

Seymur BƏNNAYEV