Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib GƏLDİ
Tunisin hazırkı Prezidenti Kays Səid 90,69 faiz səs toplayaraq, növbəti prezident seçkilərində qalib gəlib.
Redaktor.az xəbər verir ki, müvafiq ilkin məlumatları Tunisin Müstəqil Ali Seçki Qurumunun sədri Faruk Buasger mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, solçu “Azimun” partiyasından Ayaşi Zammel 7,35% səslə ikinci yerdə, sosial-demokrat “Harakat al-Şaab” partiyasını təmsil edən Zuhair Maqzaoui 1,97% səslə üçüncü yerdə qərarlaşıb.