İsrail ordusu Beyrutun cənubundakı sakinləri təcili təxliyə etməyə ÇAĞIRDI

 23:34 07.10.2024     185

İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutun cənub ətraflarında yerləşən bir neçə binanın sakinlərini Burj əl-Barajna və Hadas ərazilərini təcili olaraq boşaltmağa çağırıb.

Redaktor.az xəbər verir ki, büvafiq bildirişi İDF sözçüsü Aviçai Edri "X" hesabında verib.

"Bürc əl-Barajna və Hadasın cənub bölgələrinin sakinlərinə, xüsusən xəritələrdə və bitişik tikililərdə qeyd olunan binalarda olanlara təcili xəbərdarlıq: siz İDF-nin yaxın gələcəkdə vuracağı Hizbullah hərbi obyektlərinin yaxınlığındasınız. Təhlükəsizliyiniz və yaxınlarınızın təhlükəsizliyi üçün bu binaları dərhal tərk etməlisiniz və onlardan ən azı 500 metr aralıda olmalısınız”, - deyə Edri “X” sosial şəbəkəsindəki səhifəsində ərəb dilində yazıb.

O, iddia edib ki, "Hizbullah"ın yaşayış binalarından hərbi obyekt kimi istifadə edir.

Turan İSMAYIL