İsrail ordusu "Hizbullah"ın Beyrutdakı kəşfiyyat qərargahına zərbə endirdi

 23:48 07.10.2024     142

İsrail ordusu Livana, o cümlədən paytaxtına yeni hava zərbələri endirib.

Redaktor.az xəbər verir ki, ordunun mətbuat xidmətindən verilən açıqlamaya görə, Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları şiə təşkilatı "Hizbullah"ın hərbi qanadının kəşfiyyat qərargahına hədəfli zərbə endirib.

Bundan əlavə, səhər saatlarında İsrailin döyüş təyyarələri Livanın cənubunda və respublikanın şərqindəki Bekaa vadisində "Hizbullah"ın hərbi obyektlərinə hücum edib. Ordunun bildirdiyinə görə, hədəflər silah anbarları, hərbi infrastruktur obyektləri və bir raket buraxılış qurğusu olub.

Mətbuat xidməti bildirir ki, ümumilikdə, gün ərzində Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələri qərargah, hərbi infrastruktur, buraxılış qurğuları və silah anbarları da daxil olmaqla, "Hizbullah"ın 70 hədəfinə zərbələr endirib.

Turan İSMAYIL