İsrail "Hizbullah"ın komandirini məhv ETDİ
İsrail Müdafiə Qüvvələri (IDF) Livan "Hizbullah" hərəkatının qərargah komandiri Süheyl Hüseyni məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
İDF-nin məlumatına görə, komandir Beyrut ərazisindəki hücumda öldürülüb.
“Hüseyni fəaliyyəti dövründə “Hizbullah”ın ən həssas layihələrinin, o cümlədən təşkilatın hərbi planlarının və digər xüsusi əməliyyatların, məsələn, Livan və Suriyadan İsrail dövlətinə qarşı terror hücumlarının koordinasiyası kimi layihələrinin büdcə və logistika idarəçiliyinə cavabdeh olub”, - bəyanatda bildirilib.
İsrail ordusu qeyd edib ki, Hüseyni İran və Hizbullah arasında silah transferində həlledici rol oynayıb. İDF bəyan edib ki, qərargah komandiri Livan hərəkatının bölmələri arasında silah paylanmasına da cavabdehdir.
Sevinc İBRAHİMZADƏ