Elektrik enerjisi yarı qiymətinə - Trampdan yeni VƏD

 09:39 08.10.2024     94

ABŞ prezidentliyinə namizəd və keçmiş prezident Donald Tramp neft hasilatını artırmaqla elektrik enerjisinin qiymətlərini yarıya endirəcəyini vəd edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı siyasətçinin açıqlamaları Polşanın “TV Republika” telekanalı ilə görüşündə də səsləndirilib.

Seçki nəticəsinin öz xeyrinə olması ilə Tramp ölkədə yenidən neft qazılması səbəbindən amerikalılar üçün elektrik enerjisinin qiymətlərinin 12 yanvar 2025-ci il tarixindən etibarən 50 faiz ucuzlaşacağını bildirib. Respublikaçı üçün bu, bütün formalarda enerji proqramının vacib hissəsidir.

Sevinc İBRAHİMZADƏ