İki ölkə arasında ticarət dövriyyəsi ən yüksək səviyyəyə çatacaq

 16:56 08.10.2024     207

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2024-cü ilin sonuna kimi tarixin ən yüksək səviyyəsinə çata bilər.

Redaktor.az xəbər verir ki, onun sözlərini “İnterfaks” agentliyi sitat gətirib.

Putin qeyd edib ki, ötən ilin yekunlarına görə, ölkələr arasında ticarət dövriyyəsi 7,4 milyard dollara çatıb, bu ilin yanvar-iyun aylarında isə bu rəqəm 2,5 dəfə artaraq 8,3 milyard dolları keçib.

Əgər bu templə irəliləsək, bu o deməkdir ki, bu il ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər ki, bu da rekord göstəricidir”, - Rusiya prezidenti bildirib.

Sevinc İBRAHİMZADƏ