Rusiya MDB ölkələri ilə əməkdaşlığı gücləndirib - Putin

 17:01 08.10.2024     78

Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində qarşılıqlı fəaliyyət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bizim üçün birlik ölkələri bizim ən yaxın qonşularımız, dostlarımız və strateji tərəfdaşlarımızdır. Biz, təbii ki, əməkdaşlığımızı hərtərəfli gücləndirməyə sadiqik”, - deyə dövlət başçısı MDB-yə üzv dövlətlərin Dövlət Başçıları Şurasının iclasında qeyd edib.

Türkan İSGƏNDƏRLİ