"Belarusa hücum Ukraynanın süqutu ilə nəticələnəcək” - Lukaşenko
Belarusa hücum Ukraynanın hərbi cəhətdən süqutu deməkdir.
Redaktor.az-ın TASS-a istinadla xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna hakimiyyətində heç kim onun ölkəsinə hərbi müdaxilə variantını nəzərdən keçirmir:
“Qoy, istəyirlərsə buna cəhd etsinlər. Biz onları gözləyirik. Ciddi sayıla biləcək heç bir şəxs Belarusa hərbi müdaxilə haqqında düşünə bilməz. Çünki bu, onlar üçün baş ağrısına çevriləcək və Ukraynanın süqutu ilə nəticələnəcək”.