Məsud Pezeşkian Türkmənistana səfər EDƏCƏK
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 10-da məşhur türkmən şairi Maqtumqulu Fəraqinin vəfatının 300-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Türkmənistana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.
Bildirilib ki, M.Pezeşkian “Dillər və sivilizasiyaların qarşılıqlı əlaqəsi: Sülhün və inkişafın əsasları” adlı beynəlxalq konfransda çıxış edəcək.
Qeyd edək ki, İranda bir-üç milyon türkmənin yaşadığı bildirilsə də, onların ana dilində təhsil almaq hüququ yoxdur.