Livanda tərəfləri atəşkəsə çağırırıq - Quterreş

 21:45 08.10.2024     102

Livanda hərtərəfli müharibənin astanasındayıq, tərəfləri atəşkəsə çağırırıq.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda BMT-nin qərargah binasında jurnalistlərə açıqlmasında deyib.

Baş katib Yaxın Şərqdə davam edən münaqişənin genişlənməsindən dərin narahatlıq keçirdiyini bildirib.

A.Quterreş qeyd edib ki, İsrailin Beyrut da daxil olmaqla Livanın bir çox bölgələrinə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində son iki həftədə 1 500 nəfər həyatını itirib.

"Livan səlahiyyətliləri bir milyondan çox insanın məcburi köçkün olduğunu bildirir", - Baş katib əlavə edib.