Tayvan ABŞ-dən bu qırıcıları alacaq
Tayvan silahlı qüvvələri bu ilin sonuna qədər ABŞ-dən ilk F-16V Block 70 döyüş təyyarəsini almağı gözləyir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə adanın müdafiə naziri Qu Lisyun (həmçinin Vellinqton Qu kimi də tanınır) bildirib.
“Biz ABŞ-dən bu ilin dördüncü rübündə ilk F-16V Block 70 qırıcısını təhvil verməsini xahiş etmişik ki, qalan 65 qırıcı 2026-cı ilə qədər təhvil verilməlidir”, – deyə o parlamentdə çıxışı zamanı deyib.
Qeyd edək ki, 2019-cu ildə ABŞ Dövlət Departamenti Tayvana 66 yeni F-16V Block 70 qırıcısının satışını təsdiqlədi. Lakin ada hələ də bir qırıcı qəbul edilməyib. Müqavilənin şərtlərinə görə, ABŞ 2026-cı ilə qədər 66 təyyarənin hamısını təhvil verməlidir.
2023-cü ilin sonunda Tayvan indiki F-16A və F-16B döyüş təyyarələrinin 140-a yaxınını daha müasir F-16V variantına təkmilləşdirmək üçün çoxillik proqramı tamamladı. Ən son Block 70 qırıcılarının bir partiyasını aldıqdan sonra Tayvan Hərbi Hava Qüvvələrinin F-16V donanması 200 təyyarəni keçərək onu Asiyada ən böyüyü edəcək.
Turan İSMAYIL