İsrail qırıcıları Dəməşqdə yaşayış binasını vurdu - ölənlər var

 22:02 08.10.2024     107

İsrail hərbi hava qüvvələrinin Suriya paytaxtının qərbindəki Mezza məhəlləsində yaşayış binasına endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Dəməşqdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, raket İranın Suriyadakı səfirliyinə 1 km-dən az məsafədə yerləşən binaya düşüb. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

Turan İSMAYIL