Zelenski Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalarla bağlı fərman İMZALADI
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Rostex” dövlət korporasiyası, onun üzvləri “Şvabe” holdinqi və “Kamaz” şirkətinə, eləcə də Çin şirkətlərinə qarşı sanksiyaların tətbiqi barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) qərarını qüvvəyə mindirən fərman imzalayıb.
Redaktor.az xəbər verir ki, sənəd dövlət başçısının ofisinin saytında dərc olunub.
Sanksiyaların təsirinə məruz qalan fiziki və hüquqi şəxslərin siyahısı ilə əlavə edilmiş sənəddən məlum olduğu kimi, tədbirlər NIT Progress, Birləşmiş Təyyarə Korporasiyası, metallurgiya şirkəti PJSC VSMPO-AVISMA Corporation və Uralvaqonzavod-Transa şamil edilib. Siyahıda ümumilikdə 57 hüquqi şəxs var. Bundan əlavə, onun tərkibinə hakimlər, "DXR" və Krımdan olan vəkillər və Kipr vətəndaşlığı olan bir neçə hüquqşünas daxildir. Sanksiyalar 10 il müddətinə tətbiq edilib.
Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının digər qərarları barədə məlumat verib. "Milli Təhlükəsizlik və Müdafiə Şurasının 21 iyun 2018-ci il tarixli qərarı ilə tətbiq edilən şəxslərə qarşı sanksiyaların müddəti uzadılıb", - prezident deyib.
Turan İSMAYIL