Ağ Ev Trampla Putinin təmasları ilə bağlı iddiaları şərh etməkdən imtina etdi

 22:19 08.10.2024     186

Ağ Ev Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin keçmiş prezidenti Donald Tramp arasında telefon danışığı ilə bağlı iddiaları şərh etməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, jurnalistlərə danışan Ağ Evin mətbuat katibinin müavini Emili Simons veteran amerikalı jurnalist və "Vaçinqton Post" qəzetinin redaksiya heyətinin üzvü Bob Vudvordun yeni kitabında yer alan bu məsələ ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.

 "Mən təqdim olunan xüsusi epizodları şərh etməyəcəm, indiki Amerika administrasiyası və digərləri haqqında kitablar yazmaq tamamilə adi bir şeydir", - Simons ABŞ Prezidenti Co Baydenin Vaşinqtondan Miluokiyə uçan təyyarəsində mətbuatın suallarını cavablandırarkən deyib.

“Bu arada biz Ukrayna Prezidenti Volodimir Zelenskiyə möhkəm sadiqik və Ukraynanı dəstəkləmək üçün əlimizdən gələni edirik”, - deyə Amerika liderinin nümayəndəsi əlavə edib.

O, ABŞ hökumətinin 2021-ci ilin yanvarında Putin və Trampın ABŞ prezidentliyini tərk etməsindən sonra bir neçə dəfə telefon danışığı aparmasından narahat olub-olmaması ilə bağlı sorğuya cavab verməyib. "Mənim bu məsələ ilə bağlı konkret şərhim yoxdur", - deyə Simons vurğulayıb.

Vudvordun sözlərinə görə, Tramp və Putin ABŞ-nin 45-ci prezidentinin səlahiyyətləri başa çatdıqdan sonra 7 dəfəyə qədər əlaqə saxlaya biliblər. Bununla belə, Trampın seçki kampaniyasının kommunikasiya direktoru Stiven Çun bu məlumatları mahiyyətcə təkzib edib. Cun yazılı açıqlamasında "Bob Vudvord haqqında bu saxta hekayələrin heç biri doğru deyil" deyib. Ağ Evin keçmiş sahibinin müşaviri Ceyson Miller də eyni məzmunda danışıb. “Mən onların (Putin və Trampın - red.) danışdığını eşitməmişəm, ona görə də bu cür iddialara qarşı çıxacam”, - Miller vurğulayıb.

Turan İSMAYIL