Moskva hava limanında uçuşlara məhdudiyyət ləğv EDİLDİ

 23:43 08.10.2024     67

Rusiyanın Moskva şəhərinin Vnukovo hava limanında uçuşlarla bağlı tətbiq olunan məhdudiyyət ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Vnukovo mətbuat xidmətindən bildirilib.

“Saat 18:11-dən 18:33-dək və 19:39-dan 20:25-dək hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bununla əlaqədar, uçuş cədvəlində dəyişiklik edilib. Hazırda Vnukovo Beynəlxalq Hava Limanı adi rejimdə işləyir”, - məlumatda qeyd olunub.

Hava limanında hansı səbəbdən məhdudiyyət tətbiq edildiyi barədə məlumat verilməyib.