Rusiya ordusunda döyüşən Lənkəran sakini həlak OLDU

 09:36 09.10.2024     185

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən 1984-cü il təvəllüdlü Hüseynov Şahmar Ataman oğlu həlak olub.

Mərhumun cənazəsi bu gün Mamusta kəndinə gətirilərək dəfn ediləcək.