Türkiyədə "Discord" məhdudlaşdırıldı

 09:45 09.10.2024     80

Türkiyədə "Discord" messencerinə giriş məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç məlumat verib və onun sözlərini dövlət televiziyası TRT xəbər yayıb.

Nazir sosial mediada verdiyi açıqlamada bildirib ki, buna səbəb "Discord" adlı sosial media platformasının uşaqlara qarşı cinsi istismarı və ədəbsizliyi təbliğ edən nəşrləri ehtiva etməsidir.

Sevinc İBRAHİMZADƏ