Almaniya Ukraynaya əlavə 400 milyon avro yardım EDƏCƏK

 11:04 09.10.2024     73

Almaniya hökuməti Ukraynaya əlavə 400 milyon avro hərbi yardım ayırmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bunu RND nəşrinə müsahibəsində Almaniya Ordusnun Baş Qərarhah rəisi, general-mayor Kristian Froydinq deyib.

O bildirib ki, artıq Bundestaq layihəni təsdiqləyib.

K.Froydinqin sözlərinə görə, bununla da Ukraynada 2024-cü il ərzində ümumi həcmi 1,4 milyard dollar təşkil edən 50 layihənin maliyyələşdirilməsinə dəstək təmin olunacaq.

Almaniya ordusunun rəsmisi Ukrayna ordusunun silah-sursatla təchizatında əhəmiyyətli irəliləyişin əldə olunduğunu da açıqlayıb.