Ukrayna ABŞ rəhbərliyinə pis təsir edir
Ukraynadakı münaqişə ABŞ-nin dağılmasına gətirib çıxaracaq. Lakin Qərb siyasətçiləri onun bitməməsi üçün hər şeyi edirlər.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin "Vatan" partiyasının başqanı Doğu Perinçək deyib.
“ABŞ sözün əsl mənasında borc içində boğulur. Tramp başa düşür ki, ilk növbədə ölkə daxilindəki vəziyyət həll olunmalıdır. Bu vəziyyət ABŞ-nin və Amerika iqtisadiyyatının dağılmasına gətirib çıxarır”, - deyə siyasətçi bildirib.
Perinçək əlavə edib ki, Qərbin hakim elitaları iqtisadiyyatın və cəmiyyətin hərbiləşdirilməsi kursunu müəyyənləşdiriblər. Bununla belə bir çox insan bu siyasətə qarşı çıxır və Ukraynada münaqişənin davam etməsinin tərəfdarıdırlar.
Türkan İSGƏNDƏRLİ