İsrail ABŞ seçkilərinə təsir etmək istəyir

 11:26 09.10.2024     146

İsrail Amerika prezidentlik kampaniyasına təsir göstərmək üçün Yaxın Şərqi böyük silahlı münaqişəyə sürükləməyə çalışır.

Redaktor.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

"İsrail işğal rejimi ABŞ-də keçiriləcək seçkilərə təsir etmək üçün qəsdən bütün regionu davam edən müharibəyə sürükləməyə çalışır. Eyni zamanda, Amerika hüquq-mühafizə orqanları İranı ABŞ-ın daxili işlərinə qarışmaq cəhdində yalandan ittiham edir", - deyə sözçü qeyd edib.

Xatırladaq ki, Amerika kəşfiyyat agentlikləri iddia edib ki, iranlı hakerlər Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq mediaya və Amerikanın hazırkı lideri Co Baydenlə əlaqəli şəxslərə göndəriblər.

Türkan İSGƏNDƏRLİ