Kimya üzrə “Nobel”i onlar QAZANDI
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ilin kimya üzrə Nobel mükafatını Devid Beyker, Demis Hassabis və Con Camper qazanıblar.
Qaliblər öz mükafatlarını dekabrın 10-da Stokholmda rəsmi mərasim zamanı əldə edəcəklər.
Bildirilib ki, alimlər “protein strukturlarının kompüter modelləşdirilməsi”, eləcə də “protein strukturlarının proqnoqlaşdırılması”na görə bu mükafata layiq görülüblər.