Türkiyəli pilot uçuş zamanı vəfat etdi - FOTO

 15:54 09.10.2024     75

Türk Hava Yollarına məxsus Seatle-İstanbul reysinin kapitan pilotu uçuş zamanı vəfat edib.

Redaktor.az “TRT Haber”ə istinadla xəbər verir ki, 59 yaşlı pilot İlçehin Pehlivanın uçuş zamanı huşunu itirdiyi bildirilib.

Təyyarədə kapitan pilota edilən müdaxilə nəticəsiz qaldıqdan sonra heyət təcili eniş etmək qərarına gəlsə də, İ.Pehlivan enişə qədər vəfat edib.

“Türk Hava Yolları”ndan verilən açıqlamada təyyarənin Nyu-Yorka eniş etdiyi bildirilib.