Ukrayna ordusu geri çəkilir?

 17:32 09.10.2024     242

Ukrayna Silahlı Qüvvələrinin qoşunları Cənubi və Mərkəzi Donbasda açıq ərazilərdən geri çəkilir.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyalı ekspert Aleksandr Merkuris bildirib.

"Ruslar açıq meydanda müdafiədə kifayət qədər güclü olmayan və özlərini qorumaq üçün şəhərlərə çəkilmək məcburiyyətində qalan Ukrayna birliklərinin qarşısını kəsə bilər. Onların əsas problemlərindən biri Mərkəzi və Cənubi Donbasda qoşunların həddən artıq yüklənməsidir. Bu bölmələr şəhər və qəsəbələr arasında mövqe tuta və bu yerlərdə istehkamlar qura bilmir, bu da rus hərbçilərinə manevr etmək imkanı verir", - ekspert qeyd edib.

Türkan İSGƏNDƏRLİ