ABŞ-yə yaxınlaşan təhlükə - Tarixin ən dağıdıcı qasırğası

 17:33 09.10.2024     174

ABŞ-nin Florida ştatına yaxınlaşan Milton qasırğası tarixin ən dağıdıcı qasırğası olacaq.

Redaktor.az xəbər verir ki, bunu sinoptik Aleksandr Şuvalov deyib.

Ekspertin sözlərinə görə, tropik siklon təhlükəsinin beş parametri var. Lakin amerikalı meteoroloqların fikrincə, Milton onların hamısını üstələyir. Qiymətləndirmə zamanı küləyin sürəti, gelgit dalğasının hündürlüyü və yağıntılar nəzərə alınıb. 

Şuvalov qeyd edib ki, küləyin sürəti saatda 70 kilometrə çatıb və  bu digər tropik siklonlarda müşahidə ediləndən yüksəkdir. Nəticələri dağıdıcı ola bilər.

"Vəziyyət normaldakından çox uzaqdır və nəticələri də dağıdıcı ola bilər. Bu qasırğa Floridanı qərbdən şərqə doğru, mərkəzi hissədən keçərək, çoxdan əziyyət çəkən Tampa şəhərinə təsir edəcək", - sinoptik yekunlaşdırıb.

Sevinc İBRAHİMZADƏ