Zaxarova Aİ-nin Rusiyaya qarşı yeni sanksiya rejimini qeyri-legitim adlandırdı

 17:37 09.10.2024     160

Rusiyaya qarşı Avropa İttifaqı (Aİ) Şurasının təsdiq etdiyi yeni sanksiya rejimi qeyri-legitimdir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən qeyri-legitim olan başqa bir sanksiya rejimidir, o, xaricdə sabitliyi pozan hərəkətlərə görə məsuliyyət daşıdığı iddia edilən Rusiya fiziki və hüquqi şəxslərinə qarşı yönəlib”, - diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, Qərbin artıq sanksiyalar tətbiq etmək üçün heç bir səbəbə ehtiyacı yoxdur. “Biz həmçinin bilirik və uzun müddətdir ki, bu barədə danışırıq ki, Brüssel öz siyasətində və sanksiya siyasətində, o cümlədən Vaşinqtonun ardınca hərəkətdə olan siyasi müstəqilliyini çoxdan itirib. Bu, 2021-ci ilin aprelində amerikalılar tərəfindən tətbiq edilən rejimi xatırladır və ona bənzəyir.

Əslində yeni rejim yaradılıb ki, onun vasitəsilə Avropa rəsmiləri özlərinin həll edə bilmədikləri bütün problemlərə görə Rusiyanı məsuliyyət daşımağa çalışırlar”, - Rusiya diplomatik xidmətinin nümayəndəsi əlavə edib.

Turan İSMAYIL