İsrail Hizbullahın obyektlərini vurdu
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtına yeni zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Beyrut ətrafı Dahiehdə şiə Hizbullah qruplaşmasının obyektləri hədəfə alınıb. Aviazərbələr kəşfiyyat məlumatları əsasında həyata keçirilib və silah istehsalı müəssisələri və Hizbullahın kəşfiyyat mərkəzinə yönəlib.
Həmçinin ordu bildirib ki, zərbələri həyata keçirməzdən əvvəl onlar mülki itkiləri minimuma endirmək üçün əlavə tədbirlər görüb, yerli əhali üçün hücumla bağlı erkən xəbərdarlıq edilib.
Türkan İSGƏNDƏRLİ