İsrailin xəstəxanaya hücumu nəticəsində 16 nəfər ÖLDÜ

 20:53 09.10.2024     109

Qəzza zolağının şimalında yerləşən Cibaliya bölgəsində məcburi köçkün fələstinlilərin yerləşdiyi Əl-Yəmən əs-Səid xəstəxanası bölgəsində İsrail ordusunun həyata keçirdiyi bombardman nəticəsində 16 fələstinlinin həyatını itirdiyi bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Kamal Advan" Xəstəxanasının direktoru Husam Əbu Safiyə məlumat verib.

Əbu Səfiyə İsrailin bombardmanı zamanı mülki şəxslərin yanaraq öldürüldüyünü bildirib.

Sosial mediada yayımlanan hücum görüntülərində xəstəxana ərazisi yaxınlığındakı çadırların da vurulduğu, aralarında uşaqların da olduğu çox sayda fələstinlinin yanaraq öldürüldüyü görülüb.

Seymur BƏNNAYEV