İsrail son 5 gündə 125 fələstinlini ÖLDÜRÜB

 21:05 09.10.2024     102

Qəzza hökuməti İsrail ordusunun son 5 gündə Qəzza zolağının şimalında həyata keçirdiyi hücumlarda 125 fələstinlini öldürdüyünü bildirib.

Redaktor.az xəbər verir ki, Hökumətin media ofisi İsrailin son 5 gündə Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsində həyata keçirdiyi hücumlarla bağlı məlumat verib.

İsrailin son 5 gündə Cibaliya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu 125 fələstinlinin həyatını itirdiyi bildirilib.

Seymur BƏNNAYEV