Ermənistan ordusunun hərbi qulluqçusu həbs EDİLDİ

 23:15 09.10.2024     179

Ermənistan ordusunun hərbi qulluqçusu bir neçə gün əvvəl əsgər yoldaşı Vaqe Arutyunyanı intihara sürükləməkdə şübhəli bilinərək həbs edilib.

Redaktor.az əbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

İstintaq cinayətdə iddia edilən hərbi qulluqçunun Arutyunyana qarşı qəddar davrandığını, şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini və onu döydüyünü müəyyənləşdirib. Vaqe Arutyunyan tabeliyindəki avtomat silahdan başına atəş açıb.

İlkin istintaq davam edir.

Qeyd edək ki, hadisə oktyabrın 6-da, yerli vaxtla saat 10 radələrində baş verib. Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu hərbi polis bölməsini yaydığı məlumata görə, artilleriya divizionunda xidmət edən Arutyunyanın meyiti atəş mövqeyindən təxminən 30 metr aralıda tapılıb. Onun başında güllə yarası aşkarlanıb.