20 mindən çox ev işıqsız qaldı
Finlandiyanın bir sıra regionlarında 20 mindən çox ev fırtına səbəbindən işıqsız qalıb. Külək və yağış elektrik xətlərinin qırılmasına səbəb olub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Finlandiyanın Energiateollisuus enerji şirkətləri assosiasiyası məlumat yayıb.
Bakı vaxtı ilə saat 22:00-a olan məlumata görə, fasilələr ölkənin mərkəzində, şərqində, cənub-şərqində və şimalında qeydə alınıb, ümumilikdə 60-dan çox yaşayış məntəqəsinə təsir edib. Rusiya ilə sərhədə yaxın yaşayış məntəqələrində çoxlu sayda fasilələr baş verib.
Savonlinnada - 1456 enerjisiz ev, Kuhmoinen - 2048, Parikkala - 1145, Virolahti - 1366.
Finlandiya Meteorologiya İnstitutunun məlumatına görə, ölkə ərazisində fırtınalı hava şəraiti oktyabrın 10-u səhərədək davam edəcək.
Turan İSMAYIL