Son 24 saatda 22 nəfər ölüb - Livan Səhiyyə Nazirliyi
İsrail ordusunun son 24 saatda Livanda həyata keçirdiyi hücumlarda daha 22 nəfərin həyatını itirdiyi, 80 nəfərin isə yaralandığı bildirilib.
Redaktor.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, soyqırımçı İsrail ordusunun 8 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi və son zamanlar intensivliyini artırdığı hücumlar barədə məlumat verilib.
İsrail ordusunun son 24 saatda Livanda həyata keçirdiyi hücumlarda daha 22 nəfərin həyatını itirdiyi, 80 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 8 oktyabr 2023-cü ildən Livana hücumlarında ölənlərin sayı 2 min 141-ə, yaralıların sayı isə 10 min 99-a yüksəlib.
Seymur BƏNNAYEV